Türkiyədə avtobus yandı, yol bağlandı

Türkiyədə avtobus yandı, yol bağlandı backend

Anadolu magistralının Düzce hissəsində hərəkət edən sərnişin avtobusunda baş verən yanğın səbəbindən İstanbul istiqamətində nəqliyyat mümkün deyil.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Giresundan İstanbula hərəkət edən sərnişin avtobusunun mühərriki  yanıb.

Vəziyyəti anlayan sürücü avtobusu qəza zolağına çıxarıb və 38 sərnişini təxliyyə edib.

Xəbərdarlığın ardından bölgəyə jandarma, səhiyyə xidmətləri və Düzce və Kaynaşlıdan yanğınsöndürənlər göndərilib.

Yanğınsöndürmə işləri nəticəsində magistralın İstanbul tərəfi nəqliyyata bağlanıb.

QAZİLER.AZ