İyulun 10-da Kiyev vilayətinə iri dolu yağıb. Pis hava şəraiti nəticəsində yerli sakinlərin əmlakına ziyan dəyib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna yerli Telegram kanallarına istinadən məlumat yayıb.
Məlum olub ki, dolu Kiyev vilayətinin Borispol və Pereyaslav rayonlarına düşüb. Təbii hadisənin təsirindən evlərin və avtomobillərin dam örtüyü zədələnib.
İnternetdə yayımlanan fotolardan görünür ki, dolu toyuq yumurtası qədər böyük olub. Bundan əlavə, pis hava güclü küləklə müşayiət olunub.
QAZİLER.AZ