İran paytaxtının şimalındakı Çitqar rayonunda çoxmərtəbəli yaşayış binasında qazın partlaması nəticəsində 7 nəfər xəsarət alıb.
Bu barədə iyulun 10-da yerli İSNA agentliyi məlumat yayıb.
"Hadisə qazın partlaması nəticəsində baş verib. Yeddi nəfər yaralanıb və tibb müəssisələrinə aparılıb", - agentliyin Telegram kanalında deyilir.
Tehran Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətinin sözçüsü Cəlal Melekinin sözlərinə görə, qüllənin mərtəbələrindən birində baş verən qaz partlayışı nəticəsində bir mənzil tamamilə dağılıb və qonşu binaya ziyan dəyib. Agentlik əlavə edib ki, partlayış qüllə sahibinin qazla ehtiyatsız davranması nəticəsində baş verib.
QAZİLER.AZ