Adanada avtomobil uçuruma yuvarlandı: Ölən və yaralılar var

Adanada avtomobil uçuruma yuvarlandı: Ölən və yaralılar var backend

Adananın Pozantı rayonunda avtomobilin uçuruma yuvarlanması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Hamidiye məhəlləsində Cumali Körkünün idarə etdiyi avtomobil uçuruma yuvarlanıb. Xəbər verildikdən sonra hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları gəlib.

Hadisə yerinə gələn ekipajlar sürücü Körkünün öldüyünü, aralarında uşaqların da olduğu 7 nəfərin yaralandığını müəyyən ediblər.

Yaralılar təcili yardımla Pozantı 80. İl Dövlət Xəstəxanasına aparılıb.

İlkin tibbi yardım alan və vəziyyəti ağır olan yaralılardan biri təcili yardım və helikopterlə Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların piknikdən qayıtdığı bildirilir.

QAZİLER.AZ