Rusiyanın üç hava limanı təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər qoyub

Rusiyanın üç hava limanı təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər qoyub backend

Rusiyanın “Domodedovo”, “Vnukovo” və “Jukovski” beynəlxalq hava limanları təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Qaziler.az bildirir ki, bu barədə Telegram kanalında Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəsmi nümayəndəsi Artem Korenyako məlumat verib.

Korenyakonun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi Moskva üzərində uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır.

Bundan əvvəl Kaluqa hava limanında məhdudiyyətlər tətbiq edilib. Rosaviasiya həmçinin hava nəqliyyatının fəaliyyətinə kənar müdaxilələrin öhdəsindən gəlmək qabiliyyətini açıqlayıb.

QAZİLER.AZ