ABŞ NATO müttəfiqlərini "Patriot" sistemlərini Ukraynaya verməyə razı salmağı planlaşdırır - Rubio

ABŞ NATO müttəfiqlərini "Patriot" sistemlərini Ukraynaya verməyə razı salmağı planlaşdırır - Rubio backend

ABŞ NATO müttəfiqləri ilə “Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsi imkanlarını müzakirə etmək istəyir. Hələlik heç kim belə silahlarla ayrılmaq istəmir.

Qaziler.az bildirir ki, RBC-Ukraynanın verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında deyib.

O xatırladıb ki, hazırda Ukraynanın əlavə Patriot batareyalarına ehtiyacı var. Bir neçə Avropa ölkəsində belə sistemlər var, lakin heç kim onları bölüşmək istəmir.

Rubio qeyd edib ki, belə sistemlərin Ukraynaya ötürülməsi vacibdir.

Dövlət katibi onu da vurğuladı ki, Avropada ən azı İspaniya və Almaniyada Patriot batareyaları var.

Eyni zamanda, belə sistemləri sifariş edən və almaq ərəfəsində olan ölkələr var.

QAZİLER.AZ