Putin döyüşü davam etdirməyi planlaşdırır və müharibədən çıxış yolları axtarmır - Zelenski

Putin döyüşü davam etdirməyi planlaşdırır və müharibədən çıxış yolları axtarmır -  Zelenski backend

Rusiya diktatoru Vladimir Putin Ukraynaya qarşı döyüşməyi davam etdirməyi planlaşdırır. O, müharibədən çıxış yolları axtarmır.

Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski Romada “həlledicilər koalisiyası”nın iclası zamanı deyib.

"İndi ilin ortasıdır və onun birinci yarısı bir neçə şeyi aydınlaşdırdı. İndi bütün tərəfdaşlara aydındır ki, Rusiya bütün sülh səylərini əngəlləyir. Və bütün atəşkəs təkliflərini, o cümlədən ABŞ-ın təklifini rədd edən Putindir. Rusiya nəinki cəbhədə təzyiq edir, müharibəni genişləndirməyə çalışır, həm də silah istehsalına böyük vəsait ayırır. Putin döyüşü davam etdirməyi planlaşdırır və o, müharibədən çıxış yolları axtarmır”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna və onun müttəfiqlərinin birgə hərəkətləri Rusiya üçün “strateji problemlər” yaradıb.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Romada səfərdədir. Bu gün, iyulun 10-da orada “qərarlılar koalisiyası”nın növbəti iclası keçiriləcək və artıq Ukraynanın bərpası üzrə konfrans baş tutub.

QAZİLER.AZ