Kiyevdə dinozavr parkı yanıb

Kiyevdə dinozavr parkı yanıb backend

İyulun 9-da Kiyevdə parkda yanğın baş verib, dekorativ dinozavr konstruksiyaları yanıb.

Bu barədə RBC-Ukrayna Kiyevin Fövqəladə Hallar Xidmətinin və yerli Telegram kanallarının şərhinə istinadən məlumat yayıb.

Xilasedicilərin izah etdiyi kimi, bu gün yerli vaxtla saat 11:44-də 101 xidmətinə Akademik Qluşkov prospektində yanğınla bağlı məlumat daxil olub.

"Obyektlərdən birinin ərazisində dekorasiya yanıb və yaxınlıqdakı hasara keçib. Yanğın saat 11:59-da 30 kv.m sahədə lokallaşdırılıb", - Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.

Yanğının saat 12:11-də söndürüldüyü də bildirilir.

"Həlak olan və ya xəsarət alan yoxdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının səbəbini müəyyən edəcəklər", - xidmətdən əlavə edilib.

QAZİLER.AZ