Ukraynalı desantçılar Rusiya ordusu zabitini belə əsir götürdü - VİDEO

Ukraynalı desantçılar Rusiya ordusu zabitini belə əsir götürdü - VİDEO backend

Ukraynanın 77-ci  aviasiya briqadasının döyüşçü - desantçıları dronun köməyi ilə rusiyalı zabiti təslim olmağa məcbur ediblər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hava Desant Hücum Qoşunlarının Komandanlığına istinadən məlumat yayıb.

Hərbçilər bildiriblər ki, döyüş tapşırığı zamanı Ukrayna Silahlı Qüvvələrinin 77-ci aeromobil Nadnepryanskaya briqadasının dronu Rusiya ordusunun zabitini iki dəqiq atış ilə yaralayıb. Zərbələrdən sonra düşmən müqavimətin faydasız olduğunu anlayaraq təslim olmaq arzusunu bildirib.

Ukraynalı desantçılar qanlı müharibəyə baxmayaraq, beynəlxalq humanitar hüquq çərçivəsində fəaliyyət göstərdiklərini qeyd ediblər. Əsir düşən Rusiya ordusu zabitinə Cenevrə Konvensiyasının tələblərinə uyğun olaraq ilkin tibbi yardım göstərilib, su və yemək verilib. 

"Bu hadisə daha bir xatırlatmadır: həyat seçimdir. Və Rusiya zabitlərindən biri sağ qalmaq üçün təslim olmağı seçdi", - məlumatda deyilir.

QAZİLER.AZ