Birləşmiş Çərkəz Şurası dünya ictimaiyyətinə müraciət edərək Çar Rusiyası tərəfindən həyata keçirilən Çərkəz soyqırımının rəsmi şəkildə tanınmasını istəyib. Təşkilatın bəyanatında qeyd olunur ki, 7 milyonluq Çərkəz diasporu bu tarixi ədalətsizliyin beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni davam etdirir.
Qaziler.az-ın modern.az-a istinadən məlumatına görə, bəyanatda həmçinin qeyd edilir ki, bu günə qədər Gürcüstan, Şərqi Türküstan (sürgündəki hökumət) və Ukrayna Çərkəz soyqırımını rəsmən tanımış ölkələr sırasındadır. Şura 2023-cü ildən bəri onlarla ölkənin parlamentinə rəsmi müraciət ünvanlayıb və bu çağırışını yeniləyir.
Birlik, BMT, Avropa İttifaqı, ABŞ, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və UNESCO daxil olmaqla bütün beynəlxalq qurumları bu prosesə dəstək verməyə dəvət edir.
Modern.az həmin bəyanatın tam mətnini təqdim edir:
"Biz diaspor çərkəzləri olaraq, Çar Rusiyasının həyata keçirdiyi soyqırımı və kütləvi sürgün nəticəsində dünyanın müxtəlif regionlarına səpələnmiş 7 milyon nəfərlik bir xalqıq.
Çərkəz soyqırımı ilə bağlı hazırlanmış tanıtım kitabçasının türk və ingilis dillərində olan versiyası əlavə olunur.
Tarixi Çərkəz ərazisi - şimaldan Don çayı, şimal-şərqdən Manıç çayı, şərqdən Dağıstan, Çeçenistan, İnquşetiya və Şimali Osetiya (Mozdok bölgəsi Çərkəz sərhədləri daxilində qalacaq şəkildə), cənub-şərqdən Qafqaz dağ silsiləsi və Abxaziya, cənubdan Qara dəniz, qərbdən isə Azov dənizi ilə əhatə olunan və 190.000 km²-lik sahəni əhatə edən tarixi vətənimizi təşkil edir.
İndiyədək Çərkəz soyqırımı aşağıda adları qeyd edilən ölkələrin hökumətləri tərəfindən rəsmi şəkildə tanınmışdır:
Gürcüstan – 20.05.2011
Şərqi Türküstan (sürgündəki hökumət) – 17.05.2023
Ukrayna – 01.09.2025
Birləşmiş Çərkəz Şurası olaraq 2023-cü ildə aşağıda adları qeyd olunan ölkələrin parlamentlərinə rəsmi müraciətlər ünvanlamış və Çərkəz soyqırımını tanımalarını istəmişik. Bu gün həmin ölkələrə ünvanladığımız çağırışı bir daha təkrarlayırıq:
Rəsmi müraciət edilən ölkələr (15.05.2023 tarixindən etibarən):
Albaniya, Andorra, Avstriya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Cənubi Kipr Yunan Respublikası, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova Respublikası, Monako, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Birləşmiş Krallıq, Kanada, Vatikan, İsrail, Yaponiya, Meksika, ABŞ, Kosovo (18.05.2023), Ermənistan.
Ətraflı məlumat və təqdim olunmuş xəritə üçün:
//www.united-circassia.org/tr/circassian-genocide-recognition-and-submission-map
Bu çağırışı Birləşmiş Çərkəz Şurası olaraq bütün çərkəz diasporu adından səsləndirir və Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, beynəlxalq insan hüquqları təşkilatları və yuxarıda qeyd olunan azad dünya dövlətlərini dəstək verməyə dəvət edirik.
7 milyonluq diaspor çərkəzi adından
Birləşmiş Çərkəz Şurasının başqanı
Balkar Selçuk Bağlar