Ermənistanda təlimlər zamanı minaatan partlayıb, xəsarət alanlar var

Ermənistanda təlimlər zamanı minaatan partlayıb, xəsarət alanlar var backend

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.

Bu barədə "Report" “Armenpress”ə istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Zərərçəkənlərin sağlamlıq durumu ilə bağlı daha sonra məlumat veriləcək.