Türkiyənin 3 vilayətində meşə yanğını davam edir

Türkiyənin 3 vilayətində meşə yanğını davam edir backend

Balıkesir, Uşak və Manisada meşə yanğınlarına yanğınsöndürənlərin müdaxiləsi davam edir.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Balıkesir vilayətinin Sındırgı rayonunda meşə yanğınının nəzarət altına alınması üçün işlər davam etdirilir.

Kürenderə məhəlləsində meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Şahidlərin yanğını bildirməsindən sonra əraziyə Meşə Region Müdirliyi və Balıkesir Böyükşəhər Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinin qrupları gəlib.

Yanğının söndürülməsinə 10 helikopter, 3 təyyarə, 22 su maşını, 7 su təchizatı, 11 ilkin müdaxilə maşını, 5 xidməti maşın, 2 dozer, 2 qreyder, 1 qoşqu və 142 canlı qüvvə, o cümlədən digər qurumlardan texnika cəlb olunur.


Uşakın Banaz rayonunun Kızılhisar kəndi yaxınlığındakı meşəlik ərazidə də naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıqdan sonra bölgəyə Meşə İdarəsi Müdirliyinə aid su maşınları və bir helikopter göndərilib.

Komandalar yanğınla mübarizəni davam etdirir.

Manisanın Sarıgöl rayonu Ziyanlar məhəlləsində kol-kos sahəsində naməlum səbəbdən yanğın baş verib.

Külək nəticəsində qısa müddətdə geniş əraziyə yayılan alov Uşakın Eşmə rayonunun Eşmetaş kəndi ətrafına çatıb.

Bölgəyə su maşınları, yanğınsöndürmə briqadaları, helikopterlər və yanğınsöndürən təyyarə göndərilib.

Komandalar söndürmə işlərini davam etdirirlər.

QAZİLER.AZ