Rusiya hərbçiləri Kamenskoye kəndi uğrunda ağır döyüşlərin başa çatdığını deyirlər

Rusiya hərbçiləri Kamenskoye kəndi uğrunda ağır döyüşlərin başa çatdığını deyirlər backend

Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Ukraynanın Zaporojya vilayəti istiqamətindəki Kamenskoye kəndinin mərkəzinə bayraq sancıblar.

Qaziler.az bildirir ki, Rusiya telekanalının məlumatına görə, bayraq və pankartı 247-ci alayın “Rostov batalyonu”nun döyüşçüləri qaldırıb.

Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

Kanalın məlumatına görə, qəsəbə uğrunda şiddətli döyüşlər gedirdi, hücum su maneələri və sıx müdafiə strukturları şəbəkəsi ilə çətinləşib. Nəşr bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin əlavə qüvvələrinin kəndə köçürülməsinə baxmayaraq, Kamenskoye uğrunda döyüşlər başa çatmaqdadır, "hazırda orada təmizlik işləri aparılır".

QAZİLER.AZ