Kiyevin mərkəzində güclü yanğın baş verib: şəhərin üzərində tüstü sütunu görünür - VİDEO

Kiyevin mərkəzində güclü yanğın baş verib: şəhərin üzərində tüstü sütunu görünür - VİDEO backend

İyulun 8-i  axşam Kiyevin mərkəzində genişmiqyaslı yanğın baş verib. Şəhərin üstündə tüstü sütunu görünür.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, yanğının videosu yerli Telegram kanallarında yayılıb.

Yerli vaxtla saat 18:30 radələrində şəhərin mərkəzində tüstülənmənin videoları internetdə yayılıb. İlkin məlumatlara görə, yanğın Ukrayna Qəhrəmanları Meydanı ərazisində baş verib.

Saat 18:40-a olan məlumata görə, tələfat və yanğının səbəbi barədə məlumat yoxdur. Bununla belə, Kiyevin Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən RBC-Ukraynaya bildiriblər ki, Kiyevin mərkəzində yanğın hələ də söndürülür.

QAZİLER.AZ