Özbəkistanda dini ədəbiyyatı yoxlanacaq

Özbəkistanda dini ədəbiyyatı yoxlanacaq backend

Özbəkistan hökuməti dini ədəbiyyatın yoxlanılması ilə bağlı əsasnaməni təsdiqləyib.

Özbəkistan hökuməti dini məzmunlu yayılan materialların yoxlanılması haqqında Əsasnaməni təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə Podrobno.uz məlumat yayıb.

Qərar belə ədəbiyyatın istehsalı, idxalı və yayılması qaydasını tənzimləyir. Artıq bu fəaliyyətə Nazirlər Kabineti yanında Dini Qurumlarla İş üzrə Komitənin keçirəcəyi dövlət dinşünaslıq imtahanından sonra icazə verilir.

Materiallarda dini ədəbiyyatın adı, məzmunu, müəllifliyi və istehsalçısı haqqında dövlət dilində məlumatların olması məcburi şərtlərdən biri olacaq.

Müsbət ekspert rəyindən sonra bu tip ədəbiyyatı satmaq hüququ əldə etmək olar.

Qadağan olunmuş materiallar ölkəyə gətirilərkən müsadirə olunacaq. Dini məzmunlu materialların qanunsuz istehsalı, saxlanması və Özbəkistan ərazisinə gətirənlər cərimələnəcək.

QAZİLER.AZ