Ermənistanın Baş naziri Nikol Paşinyan erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəyini bildirib.
APA xəbər verir ki, Paşinyan sosial şəbəkədə yazıb ki, o, şəxsən "anti-dövlət qruplaşması" tərəfindən ələ keçirilən erməni kilsəsinin "azad edilməsinə" rəhbərlik edəcək.
Qeyd edək ki, bundan əvvəl Ermənistandakı təhlükəsizlik qüvvələri iki yepiskopu saxlayıb, onlar hakimiyyəti qəsb etmək cəhdi ilə ittiham olunurlar.