İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1 060 nəfərə çatıb.
Bu barədə İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi İran dövlət televiziyasına məlumat verib.
"Bu axşam saatlarına kimi İsrail rejiminin İrana hücumu nəticəsində həlak olan 1 060 nəfəri dəfn etdik", - məmur bildirib.
Bundan əvvəl İslam Respublikası ərazisinə endirilən zərbələr nəticəsində 935 nəfərin öldüyü bildirilirdi.
Report.az