Peskov: Rusiya Azərbaycanda saxlanılan rusiyalıların maraqlarını müdafiə edir - VİDEO

Peskov: Rusiya Azərbaycanda saxlanılan rusiyalıların maraqlarını müdafiə edir -  VİDEO backend

Rusiya diplomatik idarəsi Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır və saxlanılan rusların maraqlarını müdafiə edir.

Qaziler.az bildirir ki, bu barədə iyulun 7-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

“Səfirliyimiz və diplomatik şöbəmiz Azərbaycan tərəfi ilə daimi əlaqə saxlayır və qanunun nəzərdə tutduğu bütün imkanlardan istifadə edərək, həbsdə olan rusiyalıların maraqlarını müdafiə edir”, - deyə Peskov brifinqdə bildirib.

O əlavə edib ki, Rusiya tərəfi hesab edir ki, Azərbaycan və Rusiya Federasiyası yaxın tərəfdaş və müttəfiq olaraq qalmalıdır. Onun sözlərinə görə, iki ölkə arasında yaranmış münaqişə konstruktiv şəkildə həll edilməlidir.

QAZİLER.AZ