Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının sabah İraqın paytaxtı Bağdada gedəcəyi gözlənilir.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın sabah İraqın paytaxtı Bağdadda görüşlər keçirəcək.
İbrahim Kalının Bağdadda “Terrorsuz Türkiyə” prosesinin koordinasiyası ilə bağlı danışıqlar aparacağı gözlənilir.
“Terrorsuz Türkiyə” prosesində mühüm dövrə girilib. Terror təşkilatının yaxın günlərdə silahı yerə qoyacağı gözlənilir.
Prosesdə strateji mərhələyə gəlinsə də, danışıqlar davam edir.
MİT direktoru İbrahim Kalın Ərbil səfərinin ardından bu dəfə Bağdadda görüşlər keçirəcək.
İbrahim Kalının Ərbilə səfəri zamanı terrorun regional gündəmdən çıxarılması səyləri müzakirə edilib. Bölgənin terrordan təmizlənməsi üçün qarşıdakı dövrdə atılacaq addımlar müzakirə edilib.
QAZİLER.AZ