Türkiyədə fabrikdə partlayış: 1 ölü, 3 yaralı

Türkiyədə fabrikdə partlayış: 1 ölü, 3 yaralı backend

Aksaray Mütəşəkkil Sənaye Bölgəsində sənaye istilik sistemləri və təzyiqli qazanlar istehsal edən fabrikdə baş verən partlayışda 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Mütəşəkkil Sənaye Zonasında fəaliyyət göstərən fabrikdə naməlum səbəbdən qazan partlayıb. Yaxınlıqdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə çoxlu sayda xilasetmə, sağlamlıq və jandarma qrupları göndərilib.

Yakup Gül partlayış nəticəsində hadisə yerində həyatını itirib. Yaralanan 3 nəfər təcili yardımla Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Yaralıların sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.

QAZİLER.AZ