Ədliyyə naziri Yılmaz Tunc Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı başladılan istintaqlarda mühakimə olunan 67 şübhəlidən 13-nün həbs edildiyini bildirib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, türkiyəli nazir Tunç Kənd Təsərrüfatı və Meşəçilik Naziri İbrahim Yumaklı ilə qatıldığı Seminarların Dəstəklənməsi üzrə Əməkdaşlıq Protokolunun imzalanması mərasimində meşə yanğınları ilə bağlı araşdırmalar haqqında məlumat verib.
meşə yanğınları ilə mübarizə zamanı həyatını itirən İbrahim Dəmir və Raqıp Şahinə rəhmət diləyən Tunç, meşə yanğınlarının hər kəsin ürəyini yandırdığını, hər kəsin “yaşıl vətəni” qorumaq üçün əlindən gələni etdiyini bildirib.
Nazir Tunç: "Yanğınlarla bağlı araşdırmalar davam edir. Bu çərçivədə son yanğınlarda ümumilikdə 67 şübhəli barəsində hərəkətə keçildi. Onlardan 13-ü haqqında həbs qərarı çıxarıldı. Yanğınların səbəbləri ilə bağlı bunlarla bağlı araşdırmalar davam edir" dedi.
QAZİLER.AZ