İraqın şimalında əməliyyat zamanı şəhid olan türk hərbçilərin sayı 12-yə yüksəlib - YENİLƏNİB

İraqın şimalında əməliyyat zamanı şəhid olan türk hərbçilərin sayı 12-yə yüksəlib  - YENİLƏNİB backend

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha dörd hərbçisi şəhid olub.

Apa-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 iyul 2025-ci il tarixində ”Pençe-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi bir mağarada aparılan əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənən daha dörd hərbçi həyatını itirib. Şəhid olan hərbçilərin sayı 12-yə yüksəlib.

Qeyd edilib ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün bölgəyə gedib.

***

09:14

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha üç hərbçisi şəhid olub.

Qaziler.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da sözügedən əməliyyatda ölən hərbçilərin sayı 8-ə çatıb.

***
06.07.2025
18:22

İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.

Apa-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.

Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.