İran İsraili “dağıdıcı plan”la hədələyib

İran İsraili “dağıdıcı plan”la  hədələyib backend

“İsrail “yeni bir səhv addım atsa, güclü və dağıdıcı hərbi cavabla üzləşəcək”.

Qaziler.az “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Baş Qərargah rəisi, general-mayor Əbdülrəhim Musəvi xəbərdarlığında qeyd edilib.

O, bu sözləri cümə günü Tehranda mərhum SEPAH komandiri, general-leytenant Hüseyn Səlaminin anım mərasimi zamanı deyib.

"Əgər sionistlər öz səhvlərini təkrar etsələr, dağıdıcı plan, şübhəsiz ki, həyata keçəcək.”, - iranlı general deyib.

“Siz heç bir millətə bənzəməyən xalqsınız. Birlik və qətiyyətlə düşməni geri çəkilməyə, diz çökməyə məcbur etdiniz. Müxtəlif müharibə teatrlarına bələd olan təcrübəli və inqilabçı komandir olan briqada generalı Məhəmməd Pakpur SEPAH-ı daha da böyük güclə irəli aparacaq”, - Musəvi İran xalqına müraciətində deyib.

QAZİLER.AZ