Sankt-Peterburqda fırtına zamanı 5 nəfər xəsarət alıb

Sankt-Peterburqda fırtına zamanı 5 nəfər xəsarət alıb backend

Sankt-Peterburqda fırtına nəticəsində 5 nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 4-də Sankt-Peterburq Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xilasedicilərin ümumilikdə 211 səfər etdiyi bildirilir. Bunlardan 186-sı ağacların aşmasının nəticələrinin aradan qaldırılmasına, 25-i tikililərin uçmaq təhlükəsinin aradan qaldırılmasına yönəldilib.

Səkkiz avtomobilə də ziyan dəyib.

"Sankt-Peterburq Fövqəladə Hallar Nazirliyi şəhər sakinlərini çətin hava şəraitində əsas ehtiyat tədbirlərinə riayət etməyə və çox zərurət olmadıqca küçəyə çıxmamağa çağırır", - Telegram kanalında dərc edilən məqalədə deyilir.

QAZİLER.AZ