Türkiyədə avtomobil baryerə çırpıldı, 1 əsgər həyatını itirdi

Türkiyədə avtomobil baryerə çırpıldı, 1 əsgər həyatını itirdi backend

Çatalcada avtomobilin baryerə çırpılması nəticəsində jandarm astsubay həyatını itirib, iki mütəxəssis çavuş isə yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Çatalca bölgəsində hərəkət edən avtomobil Büyükçekmece qovşağında maneəyə çırpılaraq aşıb.

Xəbərdarlıq üzərinə əraziyə polis, jandarma, sağlamlıq və xilasetmə qrupları gəlib.

Avtomobildə olan Emirhan Altının (24) hadisə yerində öldüyü müəyyən edilib.

Yaralanan iki nəfər təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.

Qəzada dünyasını dəyişən Altının astsubay, yaralananların Çatalcada jandarma mütəxəssisi çavuş olduğu bildirilir.

Altının cəsədi hadisə yerində edilən müayinədən sonra morqa aparılıb.

QAZİLER.AZ