Rusiyada şəhər xəstəxanasında həkimlərə bıçaqla hücum edən İrkutsk sakini 2 ay müddətinə həbs edilib.
Qaziler.az bildirir ki, bu barədə iyulun 4-də Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsindən məlumat verilib.
“İstintaqın tələbi ilə məhkəmə iki ay müddətinə həbs qətimkan tədbiri seçib”, - deyə idarənin Telegram kanalında aydınlıq gətirilib.
59 yaşlı kişiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsi (“İki və ya daha çox şəxsi öldürməyə cəhd”) ilə ittiham irəli sürülüb.
QAZİLER.AZ