İyulun 4-də Ukrayna və Rusiya Federasiyası arasında əsir mübadiləsinin növbəti mərhələsi baş tutub. Xüsusilə, hərbi əməliyyatlarda itkin düşmüş hesab edilən, habelə Rusiyada uzun müddətə məhkum olunmuş hərbi qulluqçuların Ukraynaya qaytarılması mümkün olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinetsin Teleqramına istinadən məlumat yayıb.
"İstanbul müqavilələri çərçivəsində mübadilənin növbəti mərhələsi: gənclər, yaralı və ağır xəstə müdafiəçilər vətənə qayıdırlar. Bu mübadilənin özəlliyi ondan ibarətdir ki, Rusiyanın uzun müddətə azadlıqdan məhrum etdiyi Müdafiəçiləri geri qaytarmaq mümkün olub", - Lubinets qeyd edib.
Onun sözlərinə görə, azad edilənlərin böyük əksəriyyəti 2022-ci ildə əsir götürülüb.
QAZİLER.AZ