Varşavanın Ząbki qəsəbəsində gecə baş verən yanğında 220-yə yaxın mənzil yanıb.
Qaziler.az bildirir ki, bu barədə cümə günü, iyulun 4-də TVP məlumat yayıb.
Yanğınsöndürənlərin verdiyi məlumata görə, yanğın yaşayış binalarından birinin çardağında baş verib və qısa müddətdə qonşu tikililərə keçib. Yanğının söndürülməsinə 60 texnika ilə 300-ə yaxın yanğınsöndürən cəlb olunub.
Təxminən 500 nəfər təxliyə edilib və alov yalnız bir neçə saatdan sonra söndürülüb.
“Son məlumatlara görə, dörd nəfər yüngül xəsarət alıb – onlardan üçü tüstüdən zəhərlənib, yanğınsöndürənlərdən biri isə topuq burxulması ilə xəstəxanaya aparılıb”, - nəşr yazıb.
Kənd Təsərrüfatı Naziri Çeslav Sekerski bildirib ki, zərərçəkənlər dövlət və yerli hakimiyyət orqanlarının köməyinə arxalana bilərlər. Birinci mərhələ 8 min zlotiyə qədər ödənişləri nəzərdə tutur, sonra əlavə dəstək tədbirləri mümkündür.
QAZİLER.AZ