Rusiya iyulun 3-də axşam saatlarında Ukraynaya "Şahed" kamikadze dronları ilə hücum edib. Dronların hücumu artıq bir sıra rayonlarda qeydə alınıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Hava Qüvvələrinin Telegramına və hava hücumu xəbərdarlığı xəritəsinə istinadən məlumat yayıb.
Yerli vaxtla saat 22:40-a olan məlumata görə, Çerniqov, Sumı, Kiyev, Poltava, Xarkov, Kirovoqrad, Dnepropetrovsk, Zaporojya və Jitomir vilayətlərində, həmçinin Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib.
QAZİLER.AZ