Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb

Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb backend

Macarıstanın Ukraynadakı səfiri Antal Heyzer “Budapeştin qeyri-dost bəyanatları” ilə bağlı Xarici İşlər Nazirliyinə dəvət olunub.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki,  bu barədə iyulun 3-də Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ukraynanın xarici işlər nazirinin müavini Aleksandr Mişşenko Macarıstanın Ukraynadakı səfiri Antal Hejzerlə görüşündə vurğulayıb ki, Macarıstanda hakim siyasi qüvvələrin Ukraynanı daxili siyasi mübarizəyə sürükləməyə çalışdığı Kiyevə açıq-aydın görünür.

Səfirin çağırılmasına səbəb Viktor Orbanın əsas rəqibinin “Macar Zelenski” kimi göstərildiyi və hər ikisinin “kukla” kimi təqdim edildiyi Macarıstanda yeni informasiya kampaniyası ola bilər.

Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy şərh edib ki, bu kampaniya "axmaq, darıxdırıcı və qeyri-ciddi" görünür.

QAZİLER.AZ

Diaspora