Moskva Turizm Donanmasına məxsus "Nikolay Karamzin" motor gəmisinin göyərtəsində kruiz zamanı kütləvi zəhərlənmə baş verib.
Qaziler.az bildirir ki, bu barədə "SHOT PROVERKA" Telegram kanalı xəbər verir. ilkin məlumata görə, söhbət 36 xəstədən gedir.
Onun yazdığına görə, zəhərlənənlərin hamısında bağırsaq infeksiyası əlamətləri - ürəkbulanma, ishal və ya qusma müşahidə olunub.
Sərnişinlər bu barədə Rospotrebnadzorla əlaqə saxlayıblar. Materialda bildirilir ki, artıq motorlu gəmidə yoxlama aparılıb. Hazırda zəhərlənmənin səbəbi müəyyənləşdirilir.
QAZİLER.AZ