Ukraynalı aktrisa Tatyana Şeliqa vəfat edib

Ukraynalı aktrisa Tatyana Şeliqa vəfat edib backend

Sovet və ukraynalı aktrisa Tatyana Şeliqa 77 yaşında vəfat edib.

Bu barədə iyulun 3-də onun Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində məlumat verilib.

"RIP (12.10.1948 - 03.07.2025). Vidalaşmanın tarixi və vaxtı daha sonra açıqlanacaq", - mesajda deyilir.

Tatyana Şeliqa 1948-ci ildə Kiyevdə anadan olub. 1972-ci ildə Moskva İncəsənət Teatr Məktəbini bitirdikdən sonra Sevastopol Dram Teatrına işə giribvə 23 il burada çalışıb. Daha sonra Lesya Ukrainka Milli Akademik Rus Dram Teatrında çıxış edib.

Kinoekranda Şeliqa 50-dən çox əsərdə, o cümlədən "Biz evdə olanda", "Yad uşaqlar",  "Qadınların işi deyil", "Həyat davam edir" seriallarında, eləcə də "Gizlənqaç" və "Təcili! Ər axtarıram" filmlərində rol alıb.

2010-cu ildə Ukraynanın əməkdar artisti adına layiq görülüb.

QAZİLER.AZ

Diaspora