Polşa Almaniya və Litva ilə sərhədlərə minlərlə əsgər göndərəcək

Polşa Almaniya və Litva ilə sərhədlərə minlərlə əsgər göndərəcək backend

Polşa hakimiyyəti Almaniya və Litva ilə sərhəd nəzarətini gücləndirmək üçün 5 min əsgər göndərəcək.

Qaziler.az bildirir ki, bu barədə iyulun 3-də Polşa Ordusunun Baş Qərargah rəisi Vislav Kukula jurnalistlərə bildirib.

“Bazar ertəsindən etibarən sərhədlərdə tapşırıqları yerinə yetirmək üçün 5000 əsgər göndəriləcək: 4000-i Almaniya ilə sərhədə, 1000-i Litva ilə sərhəd bölməsinə göndəriləcək”, - deyə “Gazeta.pl” onun sözlərini sitat gətirir.

Kukula qeyd edib ki, qeyri-qanuni miqrasiya dövlət təhlükəsizliyinə real təhdiddir, sərhədlərin mühafizəsi isə ordunun üzərinə düşür.

QAZİLER.AZ

Diaspora