Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycanı respublikanın etibarlı dostu adlandırıb.
Qaziler.az bildirir ki, bu barədə Qazaxıstan liderinin Telegram-kanalında mətbuat xidməti məlumat yayıb.
"Kasım-Jomart Tokayev Qazaxıstanın etibarlı dostu olan Azərbaycana təşkilata sədrliyinin yüksək səviyyəsinə və dialoqun, etimadın və tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərinə görə təşəkkür edib. O, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransının institusional inkişafına verdiyi töhfəyə görə səmimi minnətdarlığını bildirib", - mətbuat xidməti bildirib.
QAZİLER.AZ