Somalidə göyərtəsində 8 nəfərin olduğu helikopter qəzaya uğrayıb

Somalidə göyərtəsində 8 nəfərin olduğu helikopter qəzaya uğrayıb backend

Somalinin paytaxtı Moqadişoda Aden-Adde beynəlxalq hava limanında səkkiz nəfərin olduğu helikopter qəzaya uğrayıb.

Qaziler.az bildirir ki, bu barədə iyulun 2-də SONNA xəbər agentliyinin verdiyi məlumatda deyilir.

Qəzadan sonra təyyarə alovlansa da, yanğının qarşısı qısa zamanda alınıb.

Nəşr helikopterin Afrika İttifaqının Somalidəki Dəstək və Sabitləşdirmə Missiyasına (AUSSOM) aid olduğunu qeyd edib. Hələlik itkilər barədə məlumat yoxdur və Aden-Adde hava limanı normal rejimdə işləyir.

QAZİLER.AZ

Diaspora