Lukaşenko içlərində ekstremizmdə təqsirli bilinən şəxslər olmaqla 16 nəfəri əfv edib
Belarus prezidenti Aleksandr Lukaşenko müxtəlif cinayətlərdə, o cümlədən ekstremist cinayətlərdə təqsirli bilinən 16 nəfəri əfv edib.
Qaziler.az bildirir ki, bu barədə iyulun 2-də Belarus liderinin saytında məlumat verilib.
"Əfv olunanlar arasında səkkiz qadın və səkkiz kişi var. Onlardan üçünün yaşı 50-dən yuxarıdır. İkisinin xroniki xəstəliyi var, biri əlildir. Məhkumlardan doqquzunun azyaşlı uşağı var", - nəşr yazır.
Burada qeyd olunur ki, bütün məhkumlar törətdikləri cinayətlərdən peşman olublar və ölkə konstitusiyasını pozmayacaqlarına dair öhdəlik götürüblər.
QAZİLER.AZ