Nijni Novqorod vilayətində qəzaya uğrayan Su-34 qırıcısının ikinci pilotu qəza mayakının köməyi ilə tapılıb.
Qaziler.az bildirir ki, Mash Telegram kanalı xəbər verir. Onun sözlərinə görə, pilotun vəziyyəti yaxşıdır.
Axtarış əməliyyatlarına helikopter cəlb edilib. Axtarışlara Veletma kəndinin meşəçiləri də cəlb olunub.
Bundan əvvəl Müdafiə Nazirliyi məlumat vermişdi ki, qırıcı eniş üçün yaxınlaşan zaman eniş aparatının ayaqlarından birinin buraxma sistemi sıradan çıxıb.. Pilotlar uçuş zamanı vəziyyəti düzəltmək üçün bir neçə dəfə cəhd etsələr də, nəticəsi olmayıb. Uçuş direktorunun əmri ilə ekipaj təhlükəsiz zonaya uçub və katapult edib.
Təyyarə təlim uçuşu həyata keçirdiyi üçün sursat daşımırdı.
QAZİLER.AZ