Rusiyada kütləvi zəhərlənmədən sonra 6 nəfər xəstəxanaya yerləşdirilib

Rusiyada kütləvi zəhərlənmədən sonra 6 nəfər xəstəxanaya yerləşdirilib backend

Rusiyanın Perm şəhərində məzun gecəsində kütləvi qida zəhərlənməsindən sonra biri uşaq olmaqla 6 nəfər xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, bu barədə iyunun 30-da Perm diyarının Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İdarədən TASS-a verilən məlumata görə, biri uşaq olmaqla, altı nəfər xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, hazırda böyüklərin vəziyyətinin orta ağır, uşağın vəziyyətinin isə qənaətbəxş olduğunu bildiriblər.

Qeyd olunur ki, hazırda şöbə mütəxəssisləri banket zalına baxış keçirirlər. Onlar qida nümunələri götürüb və bir sıra laboratoriya testləri aparırlar.

QAZİLER.AZ

Diaspora