Qazaxıstanın keçmiş ədliyyə naziri Marat Beketayev korrupsiya ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qaziler.az bildirir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
"Qazaxıstanın keçmiş ədliyyə naziri Marat Beketayev əmlakı müsadirə olunmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib", - məlumatda deyilir.
Qeyd olunur ki, respublikanın antikorrupsiya xidməti məmuru dövlətin zərərinə özəl şirkətlərin maraqlarını lobbiçilik etməkdə ittiham edib.
QAZİLER.AZ