Moskvada dizel qazanının partlaması ilə bağlı görüntülər yayılıb
Qaziler.az-ın məlumatına görə, SHOT Telegram kanalı xəbər verir ki, Moskvada Perovo Plaza otelinin yaxınlığında konteynerə quraşdırılmış dizel qazanı partlayıb.
Yayımlanan görüntülərə əsasən, avtomobilin partlaması ilə bağlı məlumat təsdiqini tapmayıb.
Yanğınsöndürənlər oteldə açılan yanğını tez bir zamanda söndürə biliblər. İlkin məlumatlara görə, itki yoxdur. Sonradan məlum olub ki, yanğın tamamilə söndürülüb. Yanğının sahəsi 15 kvadratmetr olub.
QAZİLER.AZ