Hatayda meşəlik ərazidə yanğın baş verib

Hatayda meşəlik ərazidə yanğın baş verib backend

Türkiyənin Hatay vilayətınin mərkəzi Antakya rayonunda və yaşayış massivlərinə yaxın ərazidə başlayan meşə yanğını ilə havadan və qurudan mübarizə aparılır.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Hatayın mərkəzi Antakya mahalının Karaali bölgəsindəki meşəlik ərazidə naməlum səbəbdən başlayan yanğın güclü külək səbəbindən sürətlə böyüyüb.

Xəbərdarlıq üzərinə Meşə Region Müdirliyi qrupları, söndürmə vertolyotları və su tenderləri ilə bölgəyə istiqamətləndirildi.

Yaşayış məntəqələri yaxınlığında baş verən yanğının yayılma ehtimalına qarşı bölgədə tədbir görüb.

Yanğının nəzarət altına alınması üçün havadan və qurudan müdaxilələr davam edir.

QAZİLER.AZ

Diaspora