İran hava məkanını qismən açıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Flightradar” xidmətinin məlumatlarına istinadən “Reuters” agentliyi məlumat yayıb.
İyunun 13-dən İsraillə, daha sonra isə ABŞ-la münaqişə fonunda İran üzərindəki hava məkanı uçuşlar üçün bağlanıb.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Aslan qalxması” əməliyyatına başlayıb. İran “Həqiqi vəd 3” əməliyyatı ilə cavab verib.
QAZİLER.AZ