İranın paytaxtı Tehranda hakimiyyətin İsraili atəşkəs razılaşmasına “məcbur edən” İranın “qələbəsi” münasibəti ilə musiqili konsert keçirilir.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti”nin müxbiri məlumat verib.
Onun sözlərinə görə, konsert Azadi meydanında keçirilir. Tədbirdə məşhur iranlı maestro Nasser Heydəryan çıxış edir.
İyunun 24-də ABŞ prezidenti Donald Tramp İran və İsrailin atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, qüvvəyə mindikdən sonra dünya “12 günlük müharibənin rəsmi başa çatmasını” alqışlayacaq.
QAZİLER.AZ