NATO sammiti bəyannaməsində 2026-cı il NATO Zirvəsinin Türkiyədə olacağı açıqlanıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.
Niderlandın Haaqa şəhərində keçirilən NATO Sammitinin yekun bəyannaməsi dərc olunub.
Bəyannaməyə əsasən:
-2026-cı ildə NATO Sammiti Türkiyədə keçiriləcək.
-Müttəfiqlər 2035-ci ilə qədər müdafiə xərclərinə ayırdıqları payı ümumi daxili məhsullarının 5 faizinə çatdırmaq barədə razılığa gəliblər.
-Müttəfiqlər arasında müdafiə ticarəti maneələrinin aradan qaldırılması üçün işlər aparılacaq və müdafiə sənayesi əməkdaşlığının təşviqi üçün tərəfdaşlıqlardan istifadə ediləcək.
QAZİLER.AZ