Moldova kəşfiyyatının iki agenti Moskvada saxlanılıb

Moldova kəşfiyyatının iki agenti Moskvada saxlanılıb backend

Federal Təhlükəsizlik Xidməti Moskvada saxta sənədlərlə Rusiyaya gələn iki Moldova kəşfiyyatçısını saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzindən (İƏM) TASS-a bildiriblər. Agentliyin məlumatına görə, onlar ifadə verərək etiraf ediblər.

"İki Moldova vətəndaşı saxta şəxsiyyət məlumatları olan sənədlərdən istifadə edərək Moskvaya gəlib", - İƏM-in məlumatında deyilir.

Qeyd olunur ki, Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin tapşırığı ilə Rusiya Federasiyasına gələn casuslar Rusiya və Rusiya vətəndaşlarının təhlükəsizliyinə zidd hərəkətlər etməyi planlaşdırıblar.

"Məhkəmə onların barəsində həbs-qətimkan tədbiri seçib. Cinayət işi açılıb; agentləri səkkiz ilə qədər həbs gözləyir".

QAZİLER.AZ

Diaspora