Yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə Belarus lideri Aleksandr Lukaşenko arasında yeni şəxsi görüş baş tutacaq.
Qaziler.az bildirir ki, bu barədə iyunun 24-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, Rusiya prezidenti və onun belaruslu həmkarı bir-biri ilə daim təmasdadır.
"Onların telefon əlaqələri də ola bilər, bu barədə sizə məlumat verəcəyik. Və yaxın günlərdə onlar şəxsən görüşəcəklər", - Peskov "RİA Novosti" ilə söhbətində deyib.
QAZİLER.AZ