İyunun 24-ü günortadan sonra Rusiyanın Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb.
Qaziler.azbildirir ki, bu barədə RBC-Ukrayna Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat yayıb.
"27-si uşaq olmaqla 279 qurban var. Yaxınlıqda həkimlər lazımi tibbi yardım göstərirlər", - Lısak bildirib.
Əvvəlcə o, Rusiyanın zərbəsi nəticəsində Dneprdə 16 nəfərin öldüyünü bildirsə də, bir müddət sonra onların sayının 17-yə yüksəldiyinə aydınlıq gətirib.
Xatırladaq ki, bu gün günortadan sonra Rusiya Dneprə raket zərbələri endirib. Zərbə nəticəsində "Ukrzaliznitsa" sərnişin qatarına da ziyan dəyib.
Prezident Vladimir Zelenski 160-dan çox şəxsin xəsarət aldığını bildirib.
QAZİLER.AZ