"WhatsApp"ın təhlükəsizliyi ilə bağlı şübhələr hətta öz vətənində də yaranıb - Rusiyalı deputat

"WhatsApp"ın təhlükəsizliyi ilə bağlı şübhələr hətta öz vətənində də yaranıb - Rusiyalı deputat backend

Rusiya Dövlət Dumasının informasiya siyasəti komitəsinin rəhbəri Sergey Boyarski bu barədə xəbəri şərh edib. O, ABŞ Konqresinin əməkdaşlarına Amerikanın "WhatsApp" messencerindən iş cihazlarında istifadə etmək qadağan edildiyini vurğulayıb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, deputat bu barədə Telegram kanalında açıqlama verib.

""WhatsApp" xidmətinin təhlükəsizliyi ilə bağlı şübhələr hətta onun yaradıldığı ölkədə də var. Qadağa messencerin məxfiliyinin hətta öz ölkəsində də ciddi şübhə doğurduğunu əminliklə bildirməyə imkan verəcək.", - deputat Amerika hakimiyyətinin qərarı barədə danışarkən qeyd edib.

Boyarskinin sözlərinə görə, bu məlumat əsasında belə qənaətə gəlmək olar ki, bu messencer digər ölkələr, o cümlədən Rusiya üçün də təhlükəlidir.

QAZİLER.AZ

Diaspora