İran hakimiyyəti ölkədə bütün daxili və beynəlxalq uçuşların ləğvini 24 saat uzadıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bütün reyslərin ləğvi iyunun 25-nə kimi uzadılıb.
İyunun 24-ü səhər saatlarında ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. Ağ Ev rəhbəri tərəfləri onu pozmamağa çağırıb. Daha sonra Tramp İsrail və İranın atəşkəsi pozduğunu bildirib.
QAZİLER.AZ