Aralıq dənizində 4,4 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) internet saytında yer alan məlumata görə, zəlzələ yerli vaxtla saat 15:37-də baş verib.
Zəlzələnin episentri Aralıq dənizində olmaqla 4,4 bal gücündə qeydə alınıb.
Mersinin Silifke rayonundan 172,57 kilometr uzaqlıqda olan zəlzələnin 8,99 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.
QAZİLER.AZ